Kənd təsərrüfatı naziri Ali Məhkəmənin hakimi olacaq?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 3-də keçirilən iclasında Kənd Təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəməyə üzvlüyü müzakirə olunub.

“Turan”ın məlumatına görə, bu məsələ gündəlikdə olan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” təqdimatda yer alıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə edilib.

İ.Kərimov hazırda kənd təsərrüfatı naziridir. Bununla belə o, hüquq ixtisası üzə bakalavr və magistr təhsili alıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayevin də səlahiyyət müddətinin artıq bitdiyi bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button