Kəlbəcərdə mina partlayışları

Yayımlandı: 20 İyul 2024 07:54

Üç nəfırin xəsarət aldığı bildirilir

Kəlbəcərdə mina partlayışları olub, nəticədə 3 nəfər xəsarət alıb. Hadisə iyulun 19-da rayonun Ağdaban kəndində baş verib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə yaydığı açıqlamada bildirilir ki, hər iki mina partlayışı Ağdaban kəndində minalardan təmizlənməmiş ərazidə qeydə alınıb.

Əvvəl 1969-cu il təvəllüdlü Xəlifə Hüseynov piyada əleyhinə minaya düşərək xəsarət alıb. Onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Səməndər Məmmədov isə həmin mina partlayışından qəlpə yaraları alıb.

Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Rahim Qaraşov ikinci minanın partlaması nəticədində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button