Kəlbəcər təxribatının arxasında Kreml durur? – Jdanov

“Təəssüf ki, Rusiya Federasiyasının siyasətinin əsas prinsipi qeyri–sabitlik zonalarının, Kremlin marağının olduğu qaynar nöqtələrin yaradılmasıdır”.
 
Bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribatla bağlı danışarkən bildirib.
Onun sözlərinə əsasən, məhz bu səbəbdən Rusiya münaqişənin bu və ya digər tərəfini təkid etməyə, arabir təxribatlara əl atmağa təhrik edir.
“Məsələn, onlar Bakı üçün bəyan edə bilərlər ki, əgər siz ermənilərin xırda təxribatlarına sərt şəkildə cavab versəniz, sizi təcavüzdə ittiham edəcəklər, əgər siz cavab verməsəniz, Moskvanın atəşkəs rejimini təmin etməsi üçün Rusiyaya boyun əyməyə məcbur olacaqsınız.
Bütün hallarda Rusiya əsas oyunçu olaraq qalır. Kremlə də bunu etmək lazımdır ki, kimsə onlara kömək üçün xahiş etsin. Məhz bu məqamda müəyyən təzyiq rıçaqları işə salınır.
Prinsipcə, Kəlbəcər təxribatının altında da Rusiya dura bilər. Onların əsas məqsədi hər şeyi özündən asılı vəziyyətdə saxlamaqdır”, – deyə həmsöhbətimiz qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button