
Kəlbəcərdə 4 nəfərin minaya düşdüyü bildirilir
Yayımlandı: 14 Dekabr 2022 19:16
DiN: “Minaya düşənlər infrastruktur layihələrdə çalışan şəxslərdir”
Dekabrın 14-də axşam saatlarında Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Çıraqlı kəndi ərazisində baş verib. Məlumata görə, minaya düşən 4 nəfər
infrastruktur layihələrində çalışan şəxslər olub.
“4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər”, – Daxili İşlər Nazirliyindən bildirilib.
Rəsmi məlumata görə, 2020-ci il noyabrın 10-da – 44 günlük müharibənin başa çatmasıyla bağlı Üçtərəfli bəyanatın imzalanmasından bu yana Azərbaycanda 270 nəfərdən çox adam minaya düşüb.



