Jurnalist Hafiz Babalı saxlanıb

Bugün, dekabrın 13-də “Turan” Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, araşdırmaçı jurnalist Hafiz Babalının saxlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, jurnalistin Sumqayit şəhərindəki evində axtarış keçirilib, daha sonra isə özü Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Hafiz Babalı bundan bir neçə həftə öncə isə Abzas Media İnternet- nəşrinin işi üzrə şahid qismində istintaqa çağırılmışdı.

Noyabrın 21-də Abzas Media-nın direktoru Ulvi Həsənli, redaktoru Sevinc Vaqifqızı, ictimai fəal Məhəmməd Kekalov və daha sonra jurnalist Nərgiz Absalamova Cinayət məcəlləsinin 206.3.2-ci (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə həbs ediliblər.Onlar ittihamı qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button