Jurnalist Arsen Xaratyan Gürcüstana buraxılmayıb

Yayımlandı: 17 Sentyabr 2024 15:54

Onun saxlanmasının rəsmi səbəbi məlum deyil

Erməni əsilli amerikalı jurnalist Arsen Xaratyan Gürcüstana buraxılmayıb. Məlumata görə, Tbilisi hava limanında onun ölkəyə buraxılmasına icazə verilməyib və saxlanılıb.

Bu barədə “Formula TV” məlumat yayıb.

Arsen Xaratyan “Aliq-media” xəbər agentliyinin təsisçisi, qeyri-hökumət media təşkilatının nümayəndəsidir.

Onun saxlanmasının rəsmi səbəbi məlum deyil. Lakin qeyri-rəsmi məlumata görə, hakim partiyada jurnalistin Gürcüstanda televiziya açmağa hazırlaşdığı barədə məlumat olub və bununla da onun qarşısını alıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button