JİRİNOVSKİNİN EVİ SATIŞA ÇIXARILDI

İqamətgah Kuzminki rayonunda yerləşir və 5000 kvadratmetrdən çox sahəni əhatə edir...

Rusiya Liberal Demokrat Partiyasının qurucusu Vladimir Jirinovskinin Moskvadakı şəxsi iqamətgahı satışa çıxarılıb.

Xural.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, iqamətgah Kuzminki rayonunda yerləşir və 5000 kvadratmetrdən çox sahəni əhatə edir:

“İnteryerlər 1990-cı illərin üslubundadır: mebel, xalçalar və iri ölçülü dəri divanlarla bəzədilib. Əraziyə hər biri təqribən 500 kvadratmetr olan dörd bina, 50 avtomobil üçün dayanacaq və küknar ağacları daxildir. Torpaq 2052-ci ilə kimi icarədədir və bütün ərazi müşahidə kameraları ilə təchiz olunub. Əmlak 800 milyon rubl (16.7 milyon manat) dəyərində qiymətləndirilib”.

Qeyd edək ki, Vladimir Jirinovski 2022-ci ilin aprelin 6-da Moskvada ölüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button