İyulun 21-i qlobal miqyasda tarixən ən isti gün olub

Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə ötən bazar günü, iyulun 21-də indiyədək qlobal miqyasda qeydə alınmış ən isti gün olub.

Həmin gün Yer səthi üzrə orta temperatur müsbət 17.09 dərəcəyə çatıb. Bu, ötən il iyulun 17-də qeydə alınmış 17.08 dərəcədən azacıq çoxdur.

Ötən həftə isti hava dalğaları Birləşmiş Ştatların, Avropa və Rusiyanın böyük ərazilərinə yayılıb.

Kopernik xidməti Reuters agentliyinə bildirib ki, iyulun 21-də, belə görünür, ötən ilin orta temperatur rekordu aşılıb.

Xidmət Yer üzrə temperatur qeydlərini 1940-cı illərdən aparır.

Bu da xəbər verilir ki, ötən il, iyulun 3-dən 6-dək, dalbadal dörd gün ərzində rekord istilik qeydə alınıb.

Alimlər bunu mədən yanacağından istifadə nəticəsində Şimal yarımkürəsində baş verən iqlim dəyişikliyi və ekstremal istilərlə izah edirlər.

2023-ci ilin iyunundan 13 ay müddətində keçən dövr qeydiyyat aparılandan bəri əvvəlki illərlə müqayisədə planetin ən isti dövrü sayılır.

Bəzi alimlərin təxminlərinə görə 2024-cü il ən isti il kimi 2023-cü ilin rekordunu təzələyə bilər.

Buna səbəb olaraq iqlim dəyişikliyi və apreldə başa çatmış El Nino adlı təbii hava fenomeni göstərilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button