İtalyan müğənni Bakıda

Yayımlandı: 17 Avqust 2022 14:52

O, Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar konsertdə ifa edəcək

İtaliyanın opera və estrada müğənnisi Alessandro Safina Bakıdadır.

O, avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar təşkil olunan konsertdə çıxış edəcək.

Alessandro Safina “Instagram” səhifəsində konsert öncəsindən məşqinin videosunu paylaşıb.

İtalyan müğənni 2019-cu ildə Bakıda keçirilən “Jara” beynəlxalq musiqi festivalında müğənni Emin Ağalarovla birgə Müslüm Maqomayevin repertuarındakı “Синяя вечность” mahnısını oxuyub.

Alessandro Safina 2001-2002-ci illərdə nümayiş olunan Braziliya serialı “Clone”da da çəkilib.
O, serialda “Luna Tu” mahnısını ifa edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button