
İsrailin xarici işlər naziri Azərbaycana gəlib
İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana səfərə gəlib.
“The Times of Israel” xəbər verir ki, naziri səfərdə İsrailin kibertəhlükəsizlik, daxili təhlükəsizlik, su təchizatı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.
Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Bundan əlavə, Bakının yəhudi icmasının nümayəndələri ilə görüşəcək.



