İsrailin baş naziri müdafiə naziri Qalantı istefaya göndərib

İsrail hökumətinin başçısı Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib, ona artıq etimad göstərmədiyini bildirib.

Qalantın əvəzinə hərbi idarəyə rəhbərlik xarici işlər naziri İsrael Katza həvalə edilib. Xarici siyasət idarəsinə isə bundan sonra hökumət üzvü Qideon Saar rəhbərlik edəcək.

“Müharibənin ilk aylarında etimadın olmasına və işin fayda verməsinə baxmayaraq, son aylarda müdafiə naziri ilə aramdakı bu etimad, təəssüf ki, sarsıldı”, – Netanyahu istefaya münasibət bildirərkən vurğulayıb. O, həmçinin bildirib ki, Qalant bütün nazirlər kabinetinin qərarlarına zidd qərarlar verir, açıqlamalarla çıxış edirdi.

Y.Qalant da çərşənbə axşamı istefasını şərh edib. “İsrail dövlətinin təhlükəsizliyi həmişə mənim həyatımın işi olub və olacaq”, – Müdafiə Nazirliyinin keçmiş rəhbəri vurğulayıb.

“Reuters”in məlumatına görə, hər ikisi sağçı “Likud” partiyasından olan Netanyahu və Qalant bir neçə aydır ki, İsrail ordusunun Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasına qarşı əməliyyatının gələcək məqsədləri ilə bağlı mübahisə edirlər. HƏMAS İsrailin özündə, ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınır. Əməliyyat 2023-cü il oktyabrın 7-də cihadçıların İsrailin cənubuna hücumundan dərhal sonra başlayıb. O zaman 1200-dən çox insanın öldürüldüyü, daha 250-dən çox insanın girov götürülərək Qəzzaya aparıldığı bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button