İspaniyada qatar qəzası: ölənlər var

Yayımlandı: 11 Sentyabr 2023 17:01

3 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir

İspaniyada Qatar qəzası olub.

Hadisə Kataloniya bölgəsində olub və qəzada 4 nəfər həyatını itirib.

Fövqəladə hallar xidmətinin bildirdiyinə görə, Barselona yaxınlığında 7 nəfər dəmir yolu relslərini keçmək istəyib.

Nəticədə onların 4-ü qatarın altında qalıb.

Yeddi nəfərin yolu keçmək istədiyi həmin yer qadağan olunmuş ərazi sayılırmış.

Bildirilir ki, hadisə nəticəsində vurulan dörd nəfərin üçü hadisə yerində həyatını itirib, dördüncü şəxs isə ürək-tənəffüs problemi ilə xəstəxanaya çatdırılıb, orada ölüb.

Qəza zamanı yol keçən üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların müalicəsi davam edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button