İspaniya millisi Avropa çempionatının qalibi olub

Yayımlandı: 15 İyul 2024 00:56

Onlar final oyununda İngiltərə yığmasını məğlub ediblər

İyulun 14-də Almaniyada təşkil olunan Avropa çempionatının final oyunu keçirilib.

Həlledici matçda İspaniya və İngiltərə milli komandaları üz-üzə gəlib. Berlindəki Olimpiya stadionunda keçirilən qarşılaşma saat 23:00-da başlayıb.

İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlmişdi. İspaniya yığması isə Fransadan üstün olmuşdu – 2:1.

Final oyunu İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, ispanlar Avropa çempionatının qalibi olublar.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button