İSA HƏBİBBƏYLİDƏN SAKİT REAKSİYA: “XƏBƏRİM YOXDUR…”

İsa Həbibbəyli baldızı oğlunun güllələnməsi xəbərinə reaksiya verib

AMEA-nın prezidenti İsa Həbibbəyli baldızı oğlunun güllələnməsi xəbərinə reaksiya verib.

Xural.org Konkret.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı sualı akademik çox sakit şəkildə cavablandırıb: “Mən eşitməmişəm. İndi gəlmişəm evə, xəbərim yoxdur”.
Qeyd edək ki, “Neftçilər” metrosu yaxınlığında evlərdən birində qətl hadisəsi baş verib. Həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.
Qətlə yetirilən şəxsin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik, İsa Həbibbəylinin baldızı oğlu olduğu iddia edilir.
Mediada yayılan digər məlumata görə, ehtimal olunur ki, o, özü həyatına son qoyub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button