
İRANIN YENİ DİNİ LİDERİ SEÇİLDİ
Yeni liderin adı açıqlanmayıb...

İranın Ekspertlər Şurası İslam Respublikasının ali rəhbərinin seçimi ilə bağlı konsensus əldə edib.
Xural.org axar.az-a istinadən xəbər verir ki, bu barədə Şuranın üzvü Məhəmməd Mehdi Mirbağiri məlumat verib.
“Ekspertlər Şurasının hörmətli üzvləri bu günlərdə ali dini lideri müəyyənləşdirmək üçün səy göstərdilər və etimadı doğrultdular. Allaha şükür, əksəriyyətin rəyini təşkil edən möhkəm və yekdil fikir formalaşıb”, – o deyib.
Buna baxmayaraq, yeni liderin adı açıqlanmayıb.
Bundan övvəl Əli Xameneinin oğlu Müctəba Xameneinin İranın ali rəhbəri seçildiyi haqda məlumat yayılsa da, sonradan təkzib edildi və seçimlərin hələ tamamlanmadığı bildirildi.



