İranda baş vermiş partlayışlarda azı 20 nəfər həlak olub

İran dövlət televiziyasının məlumatına görə general Qasem Süleymaninin ölümünün 4-cü ildönümünə həsr edilmiş mərasimdə iki partlayış baş verib.

İranın elit Qüds qüvvələrinin komandanı olmuş Süleymani 2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ-ın dron zərbəsi ilə öldürülüb.

Ölkə ədliyyəsinə yaxın Mizan agentliyinin xəbərinə görə Kirman şəhərində yanvarın 3-də baş vermiş partlayışlar nəticəsində azı 20 nəfər həlak olub.

Fars agentliyi xəbər verir ki, partlayışlar Kirmandakı Şəhidlər Gülzarına gedən yollardan birində baş verib.

İran dövlət mediası partlayışları “terror aktı” adlandırıb.

Dövlət televiziyası Qırmızı aypara xilasedicilərinin hadisə yerində işlədiklərini göstərib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button