İranda ayətullahın güllələnərək öldürüldüyü bildirilir

Yayımlandı: 26 Aprel 2023 14:18

Hadisənin Babülsər şəhərində baş verdiyi deyilir

İranın Babülsər şəhərində Seyid Əli Xameneyinin nümayəndəsi, ayətullah Abbas Əli Süleymaniyə qarşı sui-qəsd olub.

İran rəsmiləri ayətullah və mühafizəçilərinin hadisə yerində öldüyünü açıqlayıblar.

Onların sözlərinə görə, yüksək rütbəli din xadimi çərşənbə günü Mazandaran əyalətinin Babülsər şəhərində güllələnərək öldürülüb.

Ayətullah Süleymani. Foto: “irna.ir”

Dövlət televiziyası hücum edən şəxsin polis tərəfindən saxlanıldığını bildirib, amma hadisənin detalları barədə məlumat verilməyib.

Süleymani İranın Ali dini liderinin fəaliyyətini monitorinq edən 88 üzvdən ibarət Ekspertlər Şurasının üzvü olub.

O, əvvəllər Sistan və Bəlucistan əyalətlərində dini lider Ayətullah Əli Xameneyinin şəxsi nümayəndəsi olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button