İran WhatsApp və İnstaqramı həmişəlik bloklamaqla hədələyir

İran rəsmiləri bildirirlər ki, onların belə qənaətə gəlməsi Meta şirkətinə fəaliyyətinin ölkə təlimatlarına uyğunlaşdırlması istəyi ilə bağlı göndərilən müraciətə cavab verilməməsidir

İran ölkədə çox məşhur olan WhatsApp və Instagram proqramlarını həmişəlik bloklamaqla hədələyir.

Məlumatda bildirilir ki, Tehranın belə bir addım atmaq istəməsinə səbəb dekabrın əvvəlində ABŞ-ın “Meta” internet şirkətinə ölkədə nümayəndəlik açmasını və təlimatlarını İslam Respublikasına uyğunlaşdırmasını tələb edən məktubuna indiyədək cavab almamasıdır.

İran Milli Kiber Mərkəzin rəhbəri Abolhassan Firouzabadi dekabrın 17-də mətbuata açıqlamasında : “Əgər Meta məktubumuza cavab verməsə, bu, daimi bloklamanın proloqu ola bilər”

İranda etirazlar sentyabrın ortalarında polis tərəfindən həbs edilən 22 yaşlı Məhsa Aminin xəstəxanada ölümündən başlanıb. Gənc qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlandığı bildirilir.

Hələdə davam edən etirazlarda 500-dək insanın öldürüldüyü, yüzlərlə yaralının olduğu bildirilir. İran ədliyyəsi etirazlarla əlaqədar 11 ölüm hökmü çıxardığını, iki edamın icra olunduğunu bildirib.

Sosial mediada yayılan məlumatlara görə, aksiyalar İranın neftlə zəngin cənub bölgələri olan Mahşəhr, Əhvaz və digər yerlərdə qeydə alınıb. Dekabrın 17-də başlayan etirazlarda əsas tələblər maaşların artırılması və digər güzəştlərin verilməsi ilə bağlıdır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button