
İRAN İKİ ÖLKƏYƏ SƏRT XƏBƏRDARLIQ ETDİ
İran uranın zənginləşdirilməsi səviyyəsini 90 faizə qədər artıra bilər

“ABŞ və İsrail təkrar hücum edərsə, İran uranın zənginləşdirilməsi səviyyəsini 90 faizə qədər artıra bilər”.
Xural.org globalinfo.az-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi deyib.
“Biz bu məsələni parlamentdə nəzərdən keçirəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyasının İranla müharibəni davam etdirib-etdirməməsi ilə bağlı fikir ayrılığı olduğu bildirilmişdi.
“CNN”in məlumatına görə, ABŞ rəhbərliyi iki düşərgəyə bölünüb: Pentaqon nümayəndələri də daxil olmaqla bəzi rəsmilər daha aqressiv yanaşmanı müdafiə edir, digərləri isə diplomatiyaya şans verməkdə israr etməyə davam edirlər.



