İRAN ABŞ-IN 500 MİLYON DOLLARLIQ RADARINI VURDU

The Wall Street Journal” qəzeti Amerika rəsmisinə istinadən məlumat yayıb

İran ABŞ-ın hava qüvvələrinin İordaniyadakı “Muaffak Salti” hərbi aviabazasındakı THAAD raket əleyhinə müdafiə radarına pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Xural.org APA-ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Amerika rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ zədələnmiş avadanlığı əvəz etmək üçün tələsik addımlar atır.
Bildirilir ki, radarın qiyməti təxminən 500 milyon dollar təşkil edir.
Qeyd olunur ki, İranla hərbi əməliyyatların ilk günündən etibarən Əmmandan təxminən 100 km məsafədə yerləşən ABŞ bazası Tehranın zərbələrinin hədəfi olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button