İrəvan bəyan edir ki, Azərbaycanla sərhəddə vəziyyət sakitdir

Çərşənbə axşamı iki ölkənin silahlı qüvvələri arasında hərbi toqquşmanın baş verdiyi Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində vəziyyət sakitdir, ciddi insident qeydə alınmayıb. Xural.com TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı respublika hökuməti yanında Birləşmiş Erməni İnformasiya Mərkəzi məlumat yayıb.

“Saat 14:00-a (Moskva vaxtı ilə 13:00) Ermənistanın şərq sərhəd zolağında əhəmiyyətli insident qeydə alınmayıb. Əməliyyat şəraiti Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir”, – məlumatda deyilir.

Qeyd edək ki, çərşənbə axşamı Zəngəzurun sərhədyanı ərazilərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında gərgin döyüşlər olub. İrəvan bəyan edib ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisinə genişmiqyaslı hücuma başlayıb. Rəsmi Bakı insidentdə Ermənistanı günahlandırıb, Ermənistan silahlı qüvvələrini təxribatda ittiham edib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni hərbçilər Azərbaycan hərbçilərinin postlarına hücum ediblər.

Bu hadisələrlə bağlı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan və Azərbaycandan olan həmkarları ilə növbə ilə telefon danışığı aparıb. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bundan sonra Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin rəhbərləri sərhəddə vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görüb və vəziyyət normallaşıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button