İnzibati məsuliyyətə cəlbetmə müddəti artırılır

Azərbaycanda inzibati məsuliyyətə cəlbetmə müddəti 3 aydan 4 aya artırıla bilər.

“Turan”ın xəbərinə görə, bu təklif İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı layihədə yer alıb.

Layihəyə görə, müvafiq protokollardan, qərarlardan şikayət vermə və müvafiq şikayətlərə baxma ilə əlaqədar bəzi hallarda hazırda qanunla nəzərdə tutulan 3 aylıq müddət yetərli olmur. Bununla əlaqədar sənəddə inzibati məsuliyyətə cəlbetmə müddətinin 3 aydan 4 ayadək artırılması təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button