İntiqam Əliyevin “yetirmələri”…

evez zBu gün İntiqam Əliyevin məhkəməsində iştirak etdim. Hər zamankı kimi gördüm İntiqam müəllimi. Cəsur, iddialı, arqumentli, eyni zamanda təmkinli. Bugünkü iclasda onun üzünə duran xanım mühasibin sorğu-sualı idi. Xanımın bir də bir nümayəndəsi vardı. Eşitdim ki, o da İntiqam müəllimin yetirməsidir. Hər iki yetirmə eyni qaydada İntiqam müəllimin üzünə dururdular, hələ imkan tapanda mətbuata sərt mesajlar göndərir, vəkillərə hədə-qorxu gəlirdilər. Dəhşətli səhnələr vardı. Tanıdığın adamın üzə durmağının və onun insanı nə qədər incitdiyinin nə demək olduğunu mən yaxşı bilirəm. Ona görə də İntiqam müəllimi yaxşı başa düşürdüm.
Hakimi tanımaq mümkün deyildi. Hakim üzə duran xanıma, onun nümayəndəsinə açıq himayəçilik edir, özünü onların vəkili kimi aparırdı. Bu, kənardan çox pis görünürdü. Deyəsən, onun adı Rasim Sadıqovdur. Bu hakim bu qayda ilə, bu sifarişlə, bu tapşıqırla İntiqam müəllimə əməlli-başlı iş verəcək. Adam hakimlik peşəsinin gərəklərini tam itirib. Nə etdiyinin fərqində deyil.
Ancaq maraqlıdır ki, bu sözləri prokuror haqqında demək olmur. Prokuror ədalət tərəzisinin gözlərini nisbətən doğru saxlaya bilir. Hətta o qədər ki, İntiqam müəllimin vəkilləri ilə bəzi məsələlərdə fikirləri ortaq da ola bilir. Elchin Sadıqov kimi vasvası bir vəkil belə bu gün onunla razılaşdı. Çünki prokuror haqlı idi. Ancaq hakim heç prokuroru danışmağa belə qoymurdu. Prokuror zorla hakimin əlindən danışa bildi)))
İntiqam müəllim mənim məhkəmələrimdə bir neçə dəfə iştirak edib. Yadımdadır, ilk iclaslardan birində, mən uzun və əsaslandırılmış vəsatətlərimdən birini oxuyanda, İntiqam müəllim mənə yaxınlaşdı və “xırda detallara girmə, sənin həbsin siyasi motivlidir və o motivin də üzərində dayan. Üzəduranlarla başını qatmaq və səni hədəfindən yayındırmaq istəyirlər” dedi. Mən bu məqamı heç bir zaman unutmadım və İntiqam müəllim haqlı idi. Bu gün yadıma nədənsə o məqam düşdü. Üzə durduğu açıq-aydın məlum olan o xanımla bu qədər sual-cavaba bəlkə də ehtiyac yox idi. Elə onu istəyirlər ki, İntiqam müəllimin hədəfi dəyişsin və onu həbs etdirdikləri motiv unudulsun. Oysa hamımız yaxşı bilirik ki, İntiqam Əliyevi apardığı dönməz və ardıcıl fəaliyyətə görə həbs ediblər və bu həbsdən ölkənin ən yuxarı instansiyalarının xəbəri olub.
İntiqam Əliyev bu davada haqlıdır. Buna əminəm. Bu əminlik orada iştirak edən bir çox dəyərli adamda da vardı. Gültəkin Hacıbəylidə, Cəmil Həsənlidə,Rashid Hajilida, Javad Javadovda, Elchin Sadıqovda, Şəhla Hümbətovada və digərlərində…
İntiqam Əliyevin növbəti məhkəməsi martın 10-da, saat 11.00-da olacaq. Gərəkdir ki, tərəqqipərvər Azərbaycan orada olsun…

Əlaqəli məqalələr

1 şərh

  1. “Yadımdadır, ilk iclaslardan birində, mən uzun və əsaslandırılmış vəsatətlərimdən birini oxuyanda, İntiqam müəllim mənə yaxınlaşdı və “xırda detallara girmə, sənin həbsin siyasi motivlidir və o motivin də üzərində dayan. Üzəduranlarla başını qatmaq və səni hədəfindən yayındırmaq istəyirlər” dedi. Mən bu məqamı heç bir zaman unutmadım və İntiqam müəllim haqlı idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button