İndoneziyadakı futbol oyununda azı 127 nəfər ölüb

İndoneziyanın Yava adasında futbol oyunu zamanı azı 127 nəfər həlak olub. Bu barədə yerli polis məlumat yayıb. Qeyd olunur ki, hadisə uduzan komanda azarkeşlərinin kütləvi şəkildə futbol meydançasına axışması nəticəsində baş verib.

Yaranan izdiham zamanı qurbanların çoxu ayaqlar altında qalıb. Polisin məlumatına görə, daha 180 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

İndoneziyanın iki futbol komandası Malanqnın “Arema” və Surabayanın “Persebaya” komandası ilə Malanqdakı Kanjuruhan stadionunda qarşılaşıblar.

Aremanın 2:3 hesabı ilə uduzmasından narazı olan azarkeşlər futbol meydançasına qaçıblar. Yaranan izdiham çoxsaylı insan tələfatına səbəb olub.

Polis gözyaşardıcı qazdan istifadə edib, lakin bu, iğtişaşları daha da gücləndirib. Ölənlər arasında qadın və uşaqlar, həmçinin iki polis əməkdaşı da var.

İndoneziya Futbol Liqası bir həftəlik fəaliyyətini dayandırıb. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button