
İlham Əliyev “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb
Prezident İlham Əliyev Parisdə “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə görüşüb.
“Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru Borina Andriye Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı, şəhərin infrastrukturunun təkmilləşdirilməsini, yeni binaların, parkların tikilməsini yüksək qiymətləndirib.
Söhbət zamanı Bakının inkişaf konsepsiyasının həyata keçirilməsində bu şirkətin iştirakının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.




