İlham Əliyev Türkiyəyə gedib

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda səfərin Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın dəvəti ilə baş tutduğu bildirilir.

İlham Əliyev 2023-cü ildə bir neçə dəfə Türkiyəyə səfər edib. Sonuncu səfər martın 15-da olub.

O, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib.

Son günlər Türkiyə prezidentinin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılır. Onun seçki təbliğatına həsr olunmuş tədbirlərinin təxirə salınması da bununla əlaqələndirilir.

Türkiyə səhiyyə nazirinin açıqlamasına görə, Ərdoğana mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub.

Ərdoğan aprelin 25-də Türkiyənin Ülke TV və Kanal 7 telekanallarına canlı müsahibəsini yarımçıq dayandırıb.

20 dəqiqəlik fasilədən sonra efirə dönən Türkiyə prezidenti qastroenteritə tutulduğunu bildirib və tamaşaçılardan üzr istəyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button