İki hərbçi kirayə yaşadığı mənzildə ölü tapılıb

Yayımlandı: 4 Dekabr 2023 12:11

Onların dəm qazından boğulduğu bildirilir

Salyanda iki nəfər hərbçinin dəm qazından boğularaq, həyatını itirdiyi deyilir.

Hadisə dekabrın 3-də Salyan şəhərində hərbçilərin kirayə qaldıqları mənzildə baş verib. Mənzildə 25 yaşlı Davud Ələkbərzadə və 28 yaşlı Ürfət Ağaməmmədovun meyitləri tapılıb.

İlkin araşdırma nəticəsində onların dəm qazından boğulduğu müəyyənləşdirilib.

Məlumata görə, Davud Ələkbərzadə Sabirabad, Ürfət Ağaməmmədov isə Neftçala rayonundandır.

Baş Prokurorluq da məlumatı təsdiqləyib.

“Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button