İdrak Abbasov xəstəxanadan evə buraxılıb, lakin istintaq nəticəsiz qalıb

01.05.2012

Aprelin 18-də SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən döyülən jurnalist İdrak Abbasov bu gün xəstəxanadan evə buraxılıb. 

“Lazımi müalicə kursu keçdim. Bundan sonra ev şəraitində müalicəmi davam etdirə bilərəm. Uzun reabilitasiya dövrü lazımdır, çünki tam sağalmama hələ çox var”, – İ.Abbasov Turan-ın müxbiri ilə söhbətində bildirib.
Jurnalistin görmə problemi var. “Bir gözüm sanki nazik pərdə ilə örtülüb. Mənə damcı dərman yazıblar, bir həftədən  sonra müayinə üçün yenə xəstəxanaya gedəcəm. Bundan əlavə, sınmış qabırgalarım saalmayıb və 5-6 ay korset taxmalı olacam. Böyrəklərimdə ağrılar var. Amma ümumi əhval-ruhiyyəm yaxşıdır”, – o bildirib.
İstintaqa gəlincə, ötən gün paytaxt polisinin əməkdaşı İbrahim İbrahimov xəstəxanada jurnalistə baş çəkib. O bildirib ki, istintaqı DİN aparır və prezident İlham Əliyevin  şəxsi nəzarəti altındadır.
*RATİ-nin və “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov aprelin 18-də SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni çəkərkən döyülüb.
 Istintaq onu zərərçəkən kimi tanıyıb, lakin onu döyənlərdən heç kim məsuliyyətə cəlb olunmayıb, baxmayaraq ki, jurnalist onların hamısını üzdən tanıyır.
CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button