İCRA HAKİMİYYƏTİNİN DAHA 3 ƏMƏKDAŞI HƏBS EDİLDİ

Onların barəsində məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib

"BAŞ PROKURORLUQ ƏVƏZ ZEYNALLINI HƏBS EDƏNDƏ BÜTÜN SAXTAKARLIQLARA ƏL ATDI!"

Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini barəsində həbs qətimkan tədbiri seçilib.

Xural.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər rüşvət almaqda ittiham olunur.

Ötən gün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button