
İcra başçısının atının quyruğunu qopardılar
Şamaxının girəcəyinə qoydurduğu eşşək abidəsi ilə məşhurlaşan rayon icra başçısının növbəti addımı da narazılıqlara səbəb olub. Şəhər sakinlərinin verdiyi məlumata görə, icra başçısı Asif Məmmədovun göstərişi ilə Şamaxının çıxışında, «Azpetrol»” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yeni açılışı olan «Koroğlu” meydanı» şəhərə giriş-çıxışı çətinləşdirib.
Əvvəllər Bakı-Qazax magistralına birbaşa çıxmaq mümkün olduğu halda hazırda bunun üçün əlavə bir kilometr yol qət etmək lazım gəlir. Sakinlər bildiriblər ki, nəqliyyatın hərəkətinə mane olan meydanda qoyulan at heykəli ilə bağlı da problemlər yaşanıb. Yeni qoyulan atın quyruğu gənc şamaxılı tərəfindən qoparılıb. Atın quyruğunu qoparmaqda ittiham edilən uşağın polis şöbəsinə aparıldığı deyilir.
“Xural” qəzeti,
il 9, sayı: 060 (469), 14 oktyabr 2011




