
Hərbçinin təlim zamanı vəfat etdiyi bildirilir
Yayımlandı: 11 İyul 2024 18:22
Hadisə ilə bağlı araşdırma aparılır
Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) Xanlar Əhmədovun təlim zamanı aldığı xəsarətdən vəfat etdiyi bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, Xocavənd rayonu ərazisinə dislokasiya olunmuş 21 yaşlı MAXE bir neçə gün öncə təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq bu gün, iyulun 11-də vəfat edib.
DİN qeyd edib ki, hadisə ilə bağlı araşdırma aparılır.



