Hüquq müdafiəçiləri, media nümayəndələri və ictimai-siyasi xadimlər Əvəz Zeynallının sağlıq durumu ilə bağlı Prezidentə müraciət etdilər

Azərbaycanın hüquq müdafiəçiləri, media nümayəndələri, ictimai-siyasi xadimləri, partiya liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına MÜRACİƏT göndəriblər.

Müraciətdə deyilir: 

“Cənab Prezident!

“Xural” Media Yayınları Qrupunun rəhbəri Əvəz Zeynallı 2022-ci ilin sentyabrında həbs olunub. Həbsdə olduğu müddətdə onun səhhətində ciddi problemlər yaranıb. Təxminən il yarım əvvəl gözündə ciddi əməliyyat aparılıb. Digər gözündə əməliyyat aparılmasına həbsxanada olduğu üçün həkimlər etiraz ediblər.

Bu günlərdə isə, müayinə olunduğu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində ona bədxassəli xərçəng diaqnozu qoyulub: «Metastatik Colon (yoğun bağırsaq) Canceri (qara ciyərə metastazla)» .  Bu vəziyyət (yəni uzaq metastazların olması) şişin irəli inkişaf etmiş (advanced) və yayılmış stadiyasıdır.

 Cənab Prezident!

Yaranmış situasiyada Əvəz Zeynallının səhhəti ilə bağlı qoyulmuş diaqnozun kifayət qədər ciddiliyini, həyatının təhlükədə olmasını, yetərincə peşəkar müayinə və müalicəyə ehtiyac yarandığını , bu proseslərinin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyünü diqqətinizə çatdırmaq istəyirik.

Əvəz Zeynallının səhhətinin kifayət qədər ciddi təhlükə altında olmasını, onun müsbət reputasiyasını, ictimai faydalılıq əmsalını, ailəli olmasını və şəxsiyyət göstəricilərini nəzərə almaqla onun həbs qətimkan tədbirinin dəyişdirilməsini və azadlığa buraxılmasına göstəriş vermənizi Sizdən xahiş edirik.

Əvəz Zeynallı bütün şüurlu ömrünü Azərbaycana, onun dəyərlərinə, Azərbaycan xalqının maarifləndirilməsinə sərf edib.

Azərbaycanda fəaliyyət göstərdiyi 30 il müdfətində hər zaman Azərbaycan dövlətinin maraqlarına xidmət edib, dövlətin təməlinə zərər vuran ünsürlərlə mübarizə aparıb.

Cənab Prezident!

 Əvəz Zeynallının 2 qızı var. Onlardan biri Danimarkanın Aarhus universitetinin jurnalistika fakultəsini bitirmək üzrədir. Türkiyə Təhsil Nazirliyi növbəti tədris ilində Londonda təhsil alması üçün ona şans tanıyıb. İkinci qızı isə İstanbul Universitetinin Tibb fakultəsinin bu il məzunu olacaq.

Cənab prezident!

Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız!

İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz.

Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk.

14.04.2025

  1. Novella Cəfəroğlu – Hüququ müdafiəçisi
  2. Səadət Bənənyarlı – Hüquq müdafiəçisi
  3. Arzu Abdullayeva – Hüquq müdafiəçisi
  4. Səidə Qocamanlı – Hüquq müdafiəçisi
  5. Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi
  6. Hilal Məmmədov – Hüquq müdafiəçisi
  7. Fikrət Cəfərli – Hüququ müdafiəçisi
  8. Vüqar Məmmədov -“Hürriyyət” Media Qrupunun rəhbəri
  9. Mehman Əliyev – jurnalist
  10. Zaur Qəriboğlu – “Reaksiya” Media Qrupunun rəhbəri
  11. Rauf Arifoğlu –“ Yeni Müsavat” MQ-nun rəhbəri
  12. Sevil Nuriyeva – Jurnalist
  13. Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist
  14. Elçin Zahiroğlu – jurnalist
  15. İkram Rəhimov – jurnalist
  16. Ceyhun Musayev – jurnalist
  17. Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi
  18. Şirin Cəfəri – “Gündəm Xəbər” MQ-nun rəhbəri
  19. Nəsimi Şərəfxanlı – “Cümhüriyyət” MQ-nun rəhbəri
  20. Zülfüqar Savaş – Savash.org saytının rəhbəri
  21. Murad Köhnəqala – yazıçı, jurnalist
  22. Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi
  23. Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi
  24. Kamran Həsənli – aparıcı jurnalist
  25. Rüstəm Behrudi – Şair
  26. Niyaz Niftiyev – Tarixçi, jurnalist
  27. Elxan Şükürlü – jurnalist
  28. Fadil Paşayev – Konkret az saytının rəhbəri
  29. Bəhram İsmayıl – ABP sədri
  30. Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri
  31. Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri
  32. Fərəc Quliyev – Milli Dirçəliş Hərəkatı Partiyasının sədri
  33. İqbal Ağazadə – Ümid Partiyasının sədri
  34. Qorxmaz İbrahimli – MHB rəhbəri
  35. Hafiz Hacıyev – Müasir Müsavat partiyasının sədri
  36. Sərdar Cəlaloğlu -Azərbaycan Demokrat Partiyasının sədri
  37. Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası
  38. Səbirə Mahmudova – veteran jurnalist
  39. Elçin Həsənzadə – Hüquq müdafiəçisi
  40. İlqar Hüseynli – “Xural” Media Qrupunun əməkdaşı
  41. Vasif İsmayıl – Həkim uroloq
  42. Nigar Ögeday – Jurnalist
  43. Rada Abbas – Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB-nin rəhbəri
  44. Sevinc Telmanqızı- TV Müsavatın baş redaktoru
  45. Akif Aşırlı- Əməkdar jurnalist
  46.  Elçin Rüstəmli -Jurnalist, siyasi şərhçi
  47. Gülnaz Qənbərli – Azad Media TV.com saytının təsisçisi və baş redaktoru
  48. Namiq Dəlidağlı – AYB, AJB üzvü, manevr.az saytının təsisçisi
  49. Elnurə Abuşova – Azadmedia.az Xəbər Portalının baş redaktoru
  50. Arzu Qazıyeva – jurnalist
  51. Yusif Məhəmmədoğlu –
    “Xəbərlər” İnformasiya Agentliyinin Baş redaktoru
  52. Rəsul Mirhəşimli – jurnalist, Qarabağ müharibəsi veteranı
  53. Aslan Həmidli – Gələcək Azərbaycan Partiyası
  54. Bünyamin Bünyadzadə – Respublikainfo.com Media Qrupu
  55. Hüseyn Mustafabəyli – “Araz” Media Qrupunun təsisçisi və baş redaktor
  56.  Fazil Abasquluzadə – Əməkdar Mədəniyyət İşçisi. Rəssamlar İttifaqının üzvü. Beynəlxalq Rəssamlar Fondun üzvü. Xalçaçı rəssam.
  57. Nadir İsmayılov  – Əməkdar Jurnalist
  58. Aqil Ələsgər –  Jurnalist
  59.  Təranə Musayeva – AYB-nin üzvü
  60. İltifat Hacıxanoğlu – Jurnalist
  61. Bitərəf Nəbiyev-  News365.az saytının, tv365 kanalının rəhbəri
  62. Nəzirməmməd Zöhrabll – Jurnalist-publisist
  63. Xanımlar Əhmədov – Jurnalist
  64. Yusif Məhəmmədoğlu –
    Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru
  65. Günay Hüseyn – tarix üzrə fəlsəfə doktoru
  66. Cavanşir Abbaslı – AĞ Partiya sözçüsü, “Yeni Müsavat” qəzetinin siyasi yazarı
  67. Rəsul Mirhəşimli – jurnalist, Qarabağ müharibəsi veteranı
  68. Akif Xansultanlı – Jurnalist
  69. Rövşən Hüseynov – AJB üzvü “Subyekt.az” saytının təsisçisi, baş redaktoru
  70. Bakir Həsənbəyli – Conflict.az saytının baş redaktoru, jurnalist
  71. Rövşən Hüseynov AJB üzvü “Subyekt.az” saytının təsisçisi, baş redaktoru
  72. Lətif Qara Musa – Sabiq hərbi qulluqçu
  73. Rövşən Hüseynov – AJB üzvü “Subyekt.az” saytının təsisçisi, baş redaktoru
  74. Samir Adıgözəlli -“Böyük Millət” xəbər portalı və İSBAM
  75. Pərviz Həşimli – Jurnalist
  76. Köçəri Nağıbəyli – Jurnalist

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button