Hikmət Hacıyev: Bakı ilə Moskva arasında dostluq Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev hesab edir ki, Bakı ilə Moskva arasında dostluq Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir.

Rusiya-Azərbaycan ekspert şurasının Bakıda keçirilən iclasında Hikmət Hacıyev deyib ki, dövlətlər arasında münasibətlərin hazırkı səviyyəsi qarşılıqlı faydalı əməkdaşlığı təmin edir.
“Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üçün Azərbaycanla Rusiya arasında dostluq böyük əhəmiyyət kəsb edir”. Bunu cümə günü Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev vurğulayıb:

“İki ölkə arasında münasibətlərin tarixi dərin köklərə malikdir. Azərbaycan və Rusiya arasında dostluq strateji əməkdaşlıq xarakteri daşıyır və Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi üçün çox vacibdir”.

Onun sözlərinə görə, Bakı ilə Moskva arasında münasibətlərin hazırkı səviyyəsi Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur və qarşılıqlı faydalı əməkdaşlığı təmin edir. Prezidentin köməkçisi iki ölkə arasında dialoqun inkişafında Rusiya-Azərbaycan ekspert şurasının böyük rolunu qeyd edib. Eyni zamanda o, Azərbaycan və Rusiya ekspertlərinin əməkdaşlığına üçüncü tərəfin də qoşula biləcəyini vurğulayıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button