“Ermənistan mediasında kifayət qədər “fake news” xarakterli məlumatlar yayılır”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Hikmət Hacıyev Azərbaycan Ordusunun Laçın və Kəlbəcər istiqamətində geri çəkilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib ki, Ermənistan mediasında kifayət qədər saxta, yalan məlumat yayılır: “Bu, Ermənistanın daxilində gedən proseslərlə də əlaqədardır. Müxtəlif qruplar tərəfindən Ermənistanda daxili istehlak naminə bu qəbildən olan məlumatlar yayılmaqdadır. Qeyd olunan konkret məlumata gəlincə, bizdə belə bir məlumat yoxdur. Hazırda vəziyyət sərhəddə sabit olaraq qiymətləndirilir. Azərbaycan hərbi qulluqçuları da ölkəmizin suveren ərazilərində öz xidmətlərini həyata keçirirlər”.
Xural.com