Hikmət Mirzəyev Quru Qoşunlarının komandanı oldu

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib.

Bununla bağlı yanvarın 11-də prezident İlham Əliyev Sərəncam imzalayıb.

Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.

Müdafiə Nazirliyindən də bu məlumatı artıq “Turan”a təsdiqləyiblər.

H.Mirzəyev İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Buna qədər Azərbaycanda Quru Qoşunlarının komandanı vəzifəsini general-leytenant Ənvər Əfəndiyev tuturdu.

Yerli mediada Müdafiə Nazirliyinin rəhbərliyində başqa təyinatların da olduğu ilə bağlı məlumatlar yayılıb.

Amma Müdafiə Nazirliyindən, hələlik, həmin məlumatları təsdiqləməyiblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button