Hazırda komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti kritikləşib

Onun qastrostomiya borusu  dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib, belə ki, həmin borunun köməyilə qida birbaşa mədəsinə verilirdi.

Erkən saatlarda xanımı müəyyən edib ki, qastrostomiya borusu  boşluqdan çıxıb və o, Topşubaşov adına klinikaya aparılıb. Orada Gülalıyevə müvəqqəti qastrostomiya borusu  yerləşdirilib və o, evə gətirilib. Bundan sonra yenidən qastrostomiya borusu  ilə yemək verildikdən sonra onda titrəmə başlayıb, temperaturu yüksəlib. Onu KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik xəstəxanaya aparıblar. Vəziyyəti kritik olaraq qiymətləndirilir. İlkin müayinə göstərib ki, problemlər beyin xəstəlikləri ilə əlaqədar yaranıb. M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimləri lazımi tədbirləri görməyə başlayıblar.

Lakin beyin funksiyasının pozulması ilə əlaqədar Oktay Gülalıyevin vəziyyəti pisləşməkdə davam edir. Axşam saatlarında onu Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmaq qərarı verilib. Lakin Təcili Yardım Stansiyası Gülalıyevi ölümlə nəticələnə bilən təhlükə risqinə görə dərhal başqa xəstəxanaya nəql etmək qərarını verə bilməyib. Bir qədər sonra isə Gülalıyev təcili yardım maşını ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına köçürülüb.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 29-da Bakının Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi O.Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb.

O, uzun müddət Türkiyədə müalicə kursu keçib. Daha sonra Azərbaycana qaytarılıb, müalicəsi xəstəxana və ev şəraitində davam etdirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button