Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirib-VİDEO

2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, atışların əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button