Harris tərəfdaşlarına müraciət edib

Yayımlandı: 7 Noyabr 2024 11:50

“Seçkilərin nəticələrini qəbul etməyimiz Amerika demokratiyasının əsas prinsipidir”

Noyabrın 7-də ABŞ prezidentliyinə demokratların namizədi Kamala Harris tərəfdarlarına müraciət edib.

O, komandasına, həyat yoldaşına və Prezident Co Baydenə dəstəklərinə görə təşəkkür edib və “seçki yarışından çox qürur duyduğunu” bildirib.

Kamala Harris Donald Trampa zəng etdiyini və hakimiyyətin dinc yolla ötürülməsi prosesində ona dəstək olacağına söz verdiyini deyib.

“Seçkilərin nəticələrini qəbul etməyimiz Amerika demokratiyasının əsas prinsipidir. Bu prinsip demokratiyanı monarxiya və ya tiraniyadan fərqləndirir. İnsanların onlara güvənməsini istəyən hər kəs buna hörmət etməlidir”, – deyə Harris əlavə edib.

Namizəd həmçinin deyib ki, amerikalılar müəyyən bir prezidentə və ya partiyaya deyil, ABŞ Konstitusiyasına sadiqdirlər.

Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib.

Respublikaçıların namizəd Donald Tramp noyabrın 6-da seçkilərdə qalib gəldiyini elan edib.

Onun rəqibi, hazırkı vitse-prezident Kamala Harris idi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button