HARRİ KASPAROV BEYNƏLXALQ AXTARIŞA VERİLDİ

Harri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır

Rusiya tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

Xural.org TASS-a istinadla xəbər verir ki, bu barədə onunla bağlı cinayət işi üzrə istintaqın gedişində müstəntiqlər qərar veriblər.
Qeyd edək ki, Harri Kasparov barədində ötən ilin dekabr ayında Rusiyada terrorizmə haqq qazandırmaq ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Kasparova qarşı ittiham irəli sürülüb. O, Rusiya Cinayət Məcəlləsi üzrə informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.
Əlavə edək ki, Harri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button