Hərbi qulluqçunun minaya düşdüyü bildirilir

Yayımlandı: 10 Sentyabr 2023 21:35

Faktla bağlı cinayət işi açılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xəyyam Eminovun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hərbi Prokurorluğun məlumatına görə, Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Ağdam Hərbi Prokurorluğu Xəyyam Eminovdan izahat alıb:

“Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları ilə birlikdə təxirəsalınmaz ilkin prosessual yoxlama hərəkətləri icra edilib”.

“Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin olunacaq”, – məlumatda deyilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button