Həkim-onkoloqun intihar etdiyi bildirilir

Yayımlandı: 17 Oktyabr 2022 18:40

33 yaşlı həkim kirayə yaşadığı mənzildə həyatını sonlandırıb

Bakıda Milli Onkologiya Mərkəzinin həkim-onkoloqu Rüstəm Maqsudovun intihar etdiyi bildirilir. O, kirayə yaşadığı evdə həyatını sonlandırıb. Mərkəzdən bildiriblər ki, şua diaqnostika şöbəsinin həkimi oktyabrın 14-də  intihar edib.

Məlumata görə, 1989-cu il təvəllüdlü Rüstəm Maqsudov Binə qəsəbəsində kirayə yaşadığı mənzildə qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirib.

Həkim-onkoloq ailəli olub. Onun hansı səbəbdən intihar etdiyi araşdırılır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button