
Həbsxanada aclıq edən vicdan məhbusları xalqa müraciət ünvanladı
Həbsxanada aclıq aksiyası keçirən vicdan məhbusları Arif Hacılı, Babək Həsənov, Əhəd Məmmədli, Məhəmməd Məcidli, Rüfət Hacıbəyli, Sahib Kərimov, Şahin Həsənli, Tural Abbaslı, Ülvi Quliyev, Vidadi İsgəndərli və Zülfüqar Eyvazlı xalqa müraciət ünvanlayıb.
Aclıq aksiyası iştirakçıları 2011-ci il aprelin 2-də dinc aksiyada iştiraklarına görə həbsə alındıqlarını, beyənlxalq səviyyədə müraciətlərə baxmayaraq iqtidarın müxtəlif bəhanələrlə onları azadlığa buraxmaq istəmədiyihni vurğulayırlar.
Vicdan məhbusları özlərini Azərbaycanın azadlığına, ölkədə demokratik dövlət quruculuğuna həsr etmiş insanlar sayır və mübarizənin xalqın firavan gələcəyi uğrunda olduğunu bəyan edirlər. Mövcud iqtidarın 20 illik hakimiyyəti nəticəsində ölkənin siyasi, iqtisadi, sosial və mənəvi böhrana yuvarlandığı qeyd edilir. Siyasi azadlıqların boğulduğu, sərbəst toplaşma azadlığının qadağan edildiyi deyilir. Söz və mətbuat azadlığı sahəsində dözülməz vəziyyət yarandığı, korrupsiya, rüşvətxorluq, milli sərvətlərin talan edilməsinin rəsmi dövlət siyasətinə çevrildiyi nəzərə çatdırılır.
Neft və s.sərvətlərdən əldə olunan gəlirlərin sürətlə artmasına baxmayaraq, xalqın vəziyyətinin pisləşdiyi, əhalinin böyük əksəriyyətinin faktiki dilənçi kökündə yaşadığı vurğulanır. Bütün hüquqları əlindən alınmış vətəndaşın artıq yaşamaq hüququndan məhrum edildiyi, vətəndaşların mülkiyyətlərinin sözün həqiqi mənasında başlarına uçurulduğu vurğulanır. Hakim ailənin və kiçik bir qrupun ölkəni inhisara aldığı qeyd edilir.
Ölkəni göz görə-görə sürüklənən bu fəlakətdən xilas etməyi önə çəkən aksiya iştirakçıları hər bir vətəndaşı öz hüquqları, azadlıq və demokratiya uğrunda fəal mübarizəyə başlamalı olduqalrını bəyan edirlər.
CONTACT




