Gürcüstan Prezidenti impiçment oluna bilər

Yayımlandı: 16 Oktyabr 2023 16:56

Konstitusiya Məhkəməsi qərarı qəbul edib

Oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı müraciəti təmin edib.

Məhkəmə bəyan edib ki, Gürcüstan Prezidenti 2023-cü il avqustun 31-də, 1 və 6 sentyabrda xaricə işgüzar səfərləri zamanı hökumətin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində nümayəndəlik funksiyalarını yerinə yetirib.

Onun bununla da, Konstitusiyanın 52-ci maddəsini pozduğu bildirilir.

Konstitusiya Məhkəməsinin doqquz hakimindən üçü fərqli rəy verib, yekunda qərar altı səslə qəbul edilib.

Bundan əvvəl hakim “Gürcü arzusu” Partiyası Prezident Salome Zurabişvilinin hökumətin razılığı olmadan xarici ölkələrə silsilə səfərlərə başlamaqla Gürcüstan Konstitusiyasını kobud şəkildə pozduğunu bəyan etmişdi.

Sentyabrın 22-də ölkənin Konstitusiya Məhkəməsinə Gürcüstan parlamentinin 80 deputatının prezidentin impiçmenti barədə ərizə daxil olub.

Gürcüstan Prezidentinə qarşı impiçment elan etmək üçün 100 parlament üzvünün razılığı lazımdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button