
Gürcüstan müxalifəti yenə “Rusiya qanunu”na etiraz üçün küçələrə çıxıb
Yayımlandı: 10 Aprel 2024 19:03
Tbilisidə “Rusiya qanunu”na etiraz üçün on minə yaxın insan küçələrə axışıb.
“Azadlıq yürüşü” adlandırılan bu aksiya parlament binası qarşısında, 1989-cu ilin 9 aprelində Gürcüstanın müstəqillik tərəfdarları və Tbilisiyə yeridilmiş sovet qoşunları arasında toqquşmaların olduğu yerdə sona çatıb.
Təşkilatçılar bununla müstəqillik uğrunda mübarizənin hələ də davam etdiyini ifadə etməyə çalışıblar.



