GÜRCÜSTAN HÖKUMƏTİNDƏN ÖRNƏK DAVRANIŞ

"Biz istəmirik ki, artırılmış cərimələrlə əhalinin üzərinə artıq yük düşsün"

“Biz istəmirik ki, artırılmış cərimələrlə əhalinin üzərinə artıq yük düşsün. Biz yol hərəkəti qaydalarının pozulması və müvafiq cərimələrlə bağlı statistikaları qiymətləndirdik və məlum oldu ki, cərimələrin artırılması bu halda statistikanın yaxşılaşmasına təsir etməyib”.

Xural.org gununsesi.info-ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, qeyd olunanları nəzərə alaraq, cərimələrin azaldılmasına qərar verilib.

“Biz istəmirik ki, artırılmış cərimələrlə əhalinin üzərinə artıq yük düşsün, buna görə də bütün bunları əsas götürərək cərimələrin azaldılması ilə bağlı qərar qəbul etdik”, – deyə hökumət başçısı qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button