Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Hazırda Gürcüstan həbsxanalarında 102 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, onların 16-sı ittiham olunan, 86-sı isə məhkumdur. Noyabr ayı ilə müqayisədə onların sayı 2 nəfər azlıb.

Qonşu ölkədə probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 34 nəfər təşkil edir. Onların 31-i kişi, 3-ü qadındır. Aylıq müqayisədə onların sayı 4 nəfər artıb.

Gürcüstanda ümumilikdə 566 nəfər xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir. Probasiya nəzarətində saxlanılan əcnəbilərin ümumi sayı isə 272 nəfərdir.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button