
Gülər Əhmədovanın stressdən şəkəri qalxıb
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat Gülər Əhmədovanın şəkəri yüksək həddə çatıb. Fevralın 16-dan 18-nə keçən gecə vəziyyəti ağırlaşan G.Əhmədova üçün 3 dəfə həkim şağırılıb. Həkim yüksək stress və əsəb sisteminin pozulduğunu səbəb gətirib. Bir həftə müdətində G.Əhmədovanın BİT-nın tibb məntəqəsinə yerləşdirilməsi haqda qərar verilib.
Xatırladaq ki, G.Əhmədovanın adı ABU-nun rektoru E.Abdullayevin “mandat alveri” videofaktında “rüşvət və dələduzluq”da hallanır. Bu videogörüntülərdən sonra o üzvü olduğu UAP SŞ-da çıxaarılıb. Haqqında AR CM-nin 178-ci maddəsilə cinayət işi qaldırılsa da, qanuni qaydada həbs olunmayıb. Bu hadisədən keçən 3 ay müddətində ev dustaqlığında saxlanılan G.Əhmədova haqqında sonradan həm də videogörüntüdə vasitəçi rolunda olan Sevinc Babayevanın ölkədən qaçırılaraq Türkiyədə öldürülməsilə bağlı da əlavə 307.2-ci maddə ilə cinayət işi açılıb. Fevralın 13-də həbs edilən G.Əhmədova hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
XuralTAC




