Güclü qaz sızması səbəbindən Zərdabda qaz təchizatı müvəqqəti dayandırılıb

Zərdab rayonunun qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

“Qaz İxrac” İdarəsi tərəfindən verilən məlumata əsasən, traktor “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərini zədələyib.

Bildirilir ki, yaranmış güclü qaz sızması səbəbindən bu gün saat 13:00-dan işlər başa çatanadək Zərdab rayonunun (tam olaraq şəhər daxil olmaqla 1 qəsəbə, 34 kəndində) qaz təchizatı dayandırılıb.

“Azəriqaz” müvəqqəti narahatçılığa görə abonentlərdən üzr istəyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button