Güclü küləyin bir sıra bağça və məktəblərə ziyan vurduğu bildirilir

Yayımlandı: 25 Dekabr 2023 15:07

Agentlik ziyan görmüş məktəblərin siyahısını açıqlamayıb

Dekabrın 23-24-də ölkənin bəzi ərazilərində müşahidə olunan güclü küləyin bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurduğu bildirilir.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda deyilir ki, güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb, ağaclar aşıb, bəzi binalarda pəncərələrin şüşələri sınıb.

“Ziyan dəymiş bağça və məktəblərə baxış keçirilib, təmir-bərpa işlərinin aparılması üçün lazımi tədbirlər görülüb”, – agentliyin açıqlamasında deyilir.

Agentlik konkret neçə məktəbə ziyan dəydiyini açıqlamayıb. Meydan TV-nin bu barədə sorğusu cavabsız qalıb.

Əlavə olunur ki, Abşeron rayonu və Bakı şəhəri üzrə fəaliyyət göstərən təhsil müəssisələrində külək nəticəsində hər hansı bir fəsad müşahidə edilməyib.

Yaranmış vəziyyət tədris prosesinin davamlılığına təsir etməyib, hazırda təhsil müəssisələri öz fəaliyyətini davam etdirir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button