Goranboyda sel təsərrüfatlara ziyan vurdu, yol qəzalı vəziyyətə düşdü

Yayımlandı: 18 İyun 2023 18:38

Güclü küləklə müşahidə olunan yağış meyvə ağaclarını qırıb

Goranboy rayonu ərazisində  dünəndən yağan güclü leysan səbəbindən bir neçə kəndlərə sel gəlib. Xüsusilə Börü kəndində evlər, təsərrüfatlar, həyətyani sahələr su altında qalıb. Rayonun Börü və Qarqucaq kənd yolları qəzalı vəziyyətə düşüb, elektrik verilişi dayandırılıb. Kənd sakinləri biıdiriblər ki, neşə gündür fasilələrlə yağış yağır, təsərrüfatlara ciddi ziyan dəyib. 

Qarqucaq kəndində də körpü qəzalı vəziyyətə düşüb.

Güclü küləklə müşahidə olunan yağış meyvə ağaclarını qırıb.

Kənd sakini Elşən Məmmədov Meydan TV-yə deyib ki, mayda da sel olub, evlərdə məişət avadanlıqları sıradan çıxıb, toyuq-cücəni sel aparıb:

Uzun müddətdir builki kimi yağıntı, sel müşahidə edilməyib”.

 Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib ki, Fövqəladə Hallar Komissiyası ərazilərdədir. Hələlik dəymiş zərər müəyyənləşməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button